“Yelo Bank” ASC-nin yeni komandası formalaşmaqdadır. Bankın daha iki departamentinə yeni direktorlar təyin edilib.
Eləcə də bax: "Yelo Bank"a yeni sədr - TƏYİN OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Marta Rzayeva İnzibatlaşdırılma və ödənişlər departamentinin direktoru, Viktor Portnov isə Bank təhlükəsizliyi departamentinin direktoru təyin edilib.
Marta Rzayeva buna qədər “AccessBank” QSC-də çalışırdı.