Bank

"Yelo Bank" yeni konseptdə - Flialın Açılışına Hazırlaşır

"Yelo Bank" yeni konseptdə - Flialın Açılışına Hazırlaşır | FED.az
17:04 25 Avq 2020

Yelo Bank yeni konseptdə təmir olunmuş “Lənkəran” filialının açılışına hazırlaşır. Bu filial yeni konseptdə təmir edilmiş filiallardan birincisi olacaq.

Eləcə də bax: "Yelo Bank" sosial həssas qrupdan olan sahibkarları təmənnasız dəstəkləməyə - Davam Edir

FED.az xəbər verir ki, yaxın zamanda Bakı şəhərində də daha bir neçə eyni konseptdə filiallar müştərilərin xidmətinə veriləcək. Filialda müştərilərin rahatlığı üçün bütün detallar nəzərə alınıb. Yeni filial rahatlığı ilə yanaşı, müasirliyi və bankın sloqanına uyğun olaraq parlaqlığı ilə digərlərindən fərqlənəcək. Konsept özündə müxtəlif xidmət zonalarını birləşdirəcək – 7/24, sürətli və fərdi xidmət zonaları.

Filiallar dəyişmə mərhələsində olan Yelo Bankın yalnız bir hədəf istiqamətidir. Tezliklə bank bir neçə yeniliklər, xüsusilə rəqəmsal həllərlə müştərilərini sevindirəcək. Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir. Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.

"Yelo Bank" yeni konseptdə - Flialın Açılışına Hazırlaşır | FED.az"Yelo Bank" yeni konseptdə - Flialın Açılışına Hazırlaşır | FED.az"Yelo Bank" yeni konseptdə - Flialın Açılışına Hazırlaşır | FED.az

Digər xəbərlər