Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini (WEPs) imzalayan şirkətlər üçün təşkil etdiyi "WEPs Lessons Learnt" vökşopunda iştirak edib.
FED.az xəbər verir ki, vökşopda WEPs prinsiplərinin şirkət daxilində tətbiqinin faydaları və şirkətlərin üzləşdiyi çağırışların müzakirəsi edilib. Ardınca UNDP Bakı ofisi "WEPs Awards" - mükafatlandırma mərasimində Yelo Bank-ı "Cəmiyyətin cəlb olunmasını artıran və gender bərabərliyini dəstəkləyən korporativ lider" nominasiyasında mükafatlandırılıb.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır, həmçinin korporativləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir. Bu prinsiplərin imzaçısı kimi Yelo Bank şirkət daxilində gender bərabərliyini təşviq edir, qadınların təhsil və peşəkar inkişafı üçün bir sıra layihələri dəstəkləyir.
Mikro kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!