Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə sahibkarlığın inkişafına töhfə verən Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində aktiv dəstəyini davam etdirir.
Eləcə də bax: Yelo Bank-ın dəstəyi ilə Bakıda ilk dizayn festivalı - KEÇİRİLDİ
Bank bu dəfə daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirdi.
Bank nümayəndələri tekstil məhsulları istehsalı üzrə şəxsi biznesini qurmaq istəyən Xavər Əhmədovaya lazım olanavadanlıqları təqdim etdilər. Digər qadın sahibkarlardan biri Lalə Həmzəyeva isə kiçik naxış vurma paketi ilə təmin edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir.
Dəstək göstərilən digər vətəndaş Röyal Adıgözəlov kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu. Layihə çərçivəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına dəstəyi əsas sayan Yelo Bank Vətən müharibəsinin iştirakçısı Elvin Həsənova da dəstək oldu. Belə ki, Elvin bəyə kiçik foto atelye biznesinin qurulması üçün avadanlıqlar təqdim olundu.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Proqrama ilk qoşulanlardan olan Yelo Bank indiyədək Bakı ilə yanaşı, ölkənin əksər regionlarında çox sayda fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib. Bank gələcəkdə də bu layihənin keçirilməsinə öz dəstəyini davam etdirəcək.
Bank xidmətləri, o cümlədən, online kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!