Yelo Bankın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrin təşkilidir.
Eləcə də bax: "Yelo Bank"dan illik 11.5%-dək qazandıran - YENİ TƏKLİF
Bu dəfə Yelo Bank-ın əməkdaşları UNEC-də tələbələrlə interaktiv görüş keçirib. Görüşün əsas məqsədi onların iş həyatına inteqrasiyasına dəstək olmaq, karyerasını bankda qurmaq istəyən gənclərə mentorluq etməkdir.
Yüzə yaxın tələbənin qatıldığı tanışlıq sessiyası böyük marağa səbəb oldu. Təqdimat zamanı Yelo komandası Yelo Bank-ın dəyərləri, məhsulları və bankdakı karyera imkanları haqqında məlumat verdi. Çıxışlardan sonra estafet tələbələrə ötürüldü. “Elevator pitch” adlı xüsusi tapşırıqda tələbələr səhnədə 30 saniyə ərzində özlərini təqdim etdi və karyera hədəfləri haqda məlumat verdilər. İlk başda 3 tələbənin seçilməsi nəzərdə tutulsa da, proqressiv və aktiv gənclərin çoxluq təşkil etməsini nəzərə alan Yelo Bank kollektivi 9 nəfər qalib seçdilər. Seçilmiş qaliblər Yelo Bank-ın təcrübə proqramında iştirak hüququ qazandılar. Sonda isə maraqlı viktorina təşkil edildi və seçilmiş tələbələrə Bankdan hədiyyələr təqdim olundu.
Bank xidmətləri, o cümlədən, istehlak krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!