“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
- Təqdim ediləcək məhsulun keyfiyyəti
- Təklif ediləcək məhsulun qiyməti
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır).
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
- Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
- Tələb olunan xidmətlər
- Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
- Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur.
- 50 ədəd masa və 200 ədəd stul möcvuddur.
- Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır.
- Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir.
- Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir.
- İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur.
- Menu
- Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )
- Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)
- Ev yeməkləri ( Qreçka, Düyü, Püre, Makaron, Katlet, Langet, sote, grill )
- Sağlam Qidalar ( Salat, Sup, buxarda bişmə yeməklər, tərəvəzlər, meyvələr və.s )
- Ət və balıqlar (Kabablar)
- Təchizatçı tərəfindən təklif olunan digər yeməklər
- Şirniyyatlar
- Kofe maşın
- İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )
- Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
- Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
- Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
- Ödəniş və digər şərtlər
- Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
- Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır.
- Müqavilə 1 il ərzində qüvvədə olacaq.
- Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
- Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575