«Yelo Bank» bu il 3 yeni filial açmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə bankın rəhbəri Nikoloz Şurqaia məlumat verib.
Onu sözlərinə görə, bank bu il rebrendinqi başa çatdırmaq niyyətindədir, əsas yeniliklərdən biri yeni baş ofisin yaradılması olacaq, o cümlədən yeni filialların açılması gözlənilir: «Tezliklə Bakı şəhərində iki yeni filial açılacaq. O cümlədən «Sədərək» bazarında yeni filial açılacaq».