«Yelo Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit və bank xidmətləri bazarının aktiv iştirakçısı olan “Yelo Bank”ın gəlir mənbələrini təqdim edir.
Yelo Bank-ın aktivləri - 1 MİLYARDA YAXINLAŞIR
2023-cü ilin üçüncü rübünün nəticələrinə, “Yelo Bank”ın ümumi gəlirləri 87 milyon 636 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 10-cu yerdədir. Hesabat dövründə “Yelo Bank”ın gəlirlərinin böyük hissəsi –78 milyon 39 min manatı və ya bütün gəlirlərin 89%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 6 milyon 140 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 6%-i deməkdir. “Yelo Bank”ın valyuta əməliyyatlarından gəlir yox əksinə xərci olub – 710 min manat və ya ümumi gəlirlərin 1%-i həcmində. “Yelo Bank” qiymətli kağızlar bazarına elə də meylli leyil, buna görə də həmin istiqamətdən gəlirləri kiçikdir – cəmi 413 min manat, ümumi gəlirlərin 1%-i qədər . Digər banklara verilən kreditlərdən və depozitlərdən 2 milyon 487 min manat gəlir əldə edilib. Bankın digər faiz gəlirləri 32 min – ümumi gəlirlərin 1%-i , digər qeyri-faiz gəlirləri isə 1 milyon 235 min manat- ümumi gəlirlərin 1%-i təşkil edir .
Ümumiyyətlə, “Yelo Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 94%, qeyri-faiz gəlirləri 6% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
78 039 |
89% |
QK-a investisiyadan gəlir |
413 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 958 |
2% |
Digər banklara kreditlərdən gəlirlər |
529 |
1% |
Komissiya haqları |
6 140 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
-710 |
-1% |
Digər faiz gəlirləri |
32 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 235 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
87 636 |
100% |