FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit və bank xidmətləri bazarının aktiv iştirakçısı olan “Yelo Bank”ın gəlir mənbələrini təqdim edir.
«Azər-Türk Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə, “Yelo Bank”ın ümumi gəlirləri 137 milyon 165 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 9-cu yerdədir.
Hesabat dövründə (üçüncü rüb) “Yelo Bank”ın gəlirlərinin böyük hissəsi – 98 milyon 14 min manatı və ya bütün gəlirlərin 70%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 13 milyon 402 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 9%-i deməkdir.
“Yelo Bank”ın valyuta əməliyyatlarından gəliri – 9 milyon 412 min manat və ya ümumi gəlirlərin 7%-i həcmində olub.
“Yelo Bank” qiymətli kağızlar bazarına elə də meylli leyil, buna görə də həmin istiqamətdən gəlirləri kiçikdir – cəmi 216 min manat, ümumi gəlirlərin 1%-i qədər.
Digər banklara verilən kreditlərdən və depozitlərdən 14 nilyon manatdan çox gəlir əldə edilib.
Bankın digər faiz gəlirləri 247 min – ümumi gəlirlərin 1%-i , digər qeyri-faiz gəlirləri isə 1 milyon 495 min manat- ümumi gəlirlərin 1%-i təşkil edir .
Ümumiyyətlə, “Yelo Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
98 014 |
70% |
Komissiya haqları |
13 402 |
9% |
Valyuta əməliyyatlarından gəlirlər |
9 412 |
7% |
QK-a investisiyadan gəlir |
216 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
13 596 |
10% |
Digər banklara kreditlərdən gəlirlər |
783 |
1% |
Digər faiz gəlirləri |
247 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 495 |
1% |
CƏMİ GƏLİRLƏR |
137 165 |
100% |