Korporativ Sosial Məsuliyyətli şirkət kimi Yelo Bank universitetlərlə aktiv əməkdaşlığını davam etdirir.
FED.az xəbər verir ki, bank bu dəfə Azərbaycan-Fransız Universitetində (UFAZ) “Yelo karyera həftəsi” keçirib. Bu layihənin əsas məqsədi karyerasını bank sahəsində qurmaq istəyən gənclərə dəstək olmaq, onları öz işində təcrübəli bank nümayəndəliyi ilə birbaşa görüşdürməkdir. Bir həftə ərzində Yelo komandası tərəfindən tələbələrə bankla tanışlıq, emosional zəkanın rolu, uğurlu iş müsahibələri üçün ipucuları, yumşaq bacarıqların inkişafı, şəxsi brendinq, bank sektorunun rəqəmsallaşması mövzularında təlim keçirildi. Karyera həftəsinin sonunda tələbələr arasında komanda quruculuğu təşkil edildi. Layihənin yekun görüşündə isə Yelo Bank-ın baş ofisində aktivliyi ilə seçilən 3 tələbəyə mentorluq layihəsində iştirak, 4 tələbəyə isə Yelo-da ödənişli təcrübə proqramı hədiyyə edildi. Qeyd edək ki, layihənin əvvəlində 3 tələbənin seçilməsi nəzərdə tutulsa da, son anda istedadları və fəallıqları ilə seçilən 4 UFAZ tələbəsinə bu imkan təqdim edildi.
Yelo Bank-ın gənclərə dəstək layihələri bununla yekunlaşmır. Yay tətilinin səmərəli keçirilməsi üçün Bankda “Walk and Talk” mentorluq layihəsi, “Yelo Summer Challenge” təcrübə proqramının keçirilməsi planlaşdırılır. Bu və digər layihələrdən Bankın “Yelo Team” adlı sosial media hesabları, eləcə də yelo.az vebsaytı vasitəsilə xəbərdar ola bilərsiniz.
Kredit sifarisi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!