“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə dəstək məqsədilə Yelo Bank təşəbbüskar addım atıb. Bankın Baş ofisində 200-dən çox gəncin iştirakı ilə “Youth Water Innovation Forum-2024” tədbiri keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “Aqualink” MMC-nin birgə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə baş tutub.
Forumun rəsmi açılış mərasimində Yelo Bank-ın İşəqəbul və Kadr Planlaması şöbəsinin meneceri Aygün Məhərrəmova-Kazımova iştirakçıları salamlayaraq Bank haqqında, tələbə və gənclər üçün kareyra fürsətləri barədə məlumat verib. O, həmçinin günümüzün ən aktual mövzularına həsr olunan belə forumların gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Forumda daha sonra dəstəkçilərin rəsmi nümayəndələri də çıxış edib. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifası dinlənilib. Forumun ikinci hissəsi isə üç fərqli və günümüzün aktual mövzularını əhatə edən panel görüşləri ilə davam edib.
Forumun keçirilməsində əsas məqsəd su təsərrüfatı sahəsinin gənclər tərəfindən öyrənilməsi, içməli və çirkab su texnologiyalarında müasir səmərəli həllərini təşviq etməkdir. Qeyd edək ki, Yelo Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, gənclərimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və tələbə təşkilatları ilə aktiv əməkdaşlığını davam etdirəcək.
Bank xidmetleri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!