“Yelo Bank” 2021-ci ilin birinci yarısında aktivlərini 12,2% - 438 milyon 557,97 min manata qədər artırıb.
Eləcə də bax: Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2021-ci il iyunun 30-na bankın kredit portfeli 364 milyon 762,83 min manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,3%) təşkil edir.
Bankın öhdəlikləri 370 milyon 812,9 min manat məbləğində (artım 11,1%) qiymətləndirilir. Bankda depozitlər 253 milyon 829,57 min manata (artım 7,9%), əhalinin əmanətləri 220 milyon 944,55 min manata (artım 7,1%) bərabərdir.
2021-ci il iyunun 30-na “Yelo Bank”ın kapitalı 67 milyon 745,07 min manat (artım 18,7%) nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2020-ci ilin I yarısının sonuna olan 13 milyon 582,51 min manat məbləğində zərərə qarşı 10 milyon 43,33 min manat təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir. (İnterfaks)