Korporativ sosial məsuliyyət Yelo Bank-ın fəaliyyətinin ayrılmaz hissəsidir.
FED.az xəbər verir ki, bu dəfə Bank ölkədə həyata keçirilən ekoloji tədbirlərə dəstək məqsədilə “Parlaq sahillər” adlı təmizlik askiyası təşkil edib. Hər il ənənəvi olaraq keçirilən aksiya çərçivəsində bu dəfə Yelo komandası Xəzərin Novxanı sahilini tullantılardan təmizləyib. Nəticədə yarım tona yaxın plastik, şüşə və digər tullantılar toplanaraq təhvil verilib. Qeyd edək ki, aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak ediblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.
“Parlaq sahillər” aksiyasının məqsədi həm ətraf mühitin qorunması, həm də ictimaiyyət arasında təbiətə qayğını artırmaq və insanların ekoloji təşəbbüslərə cəlb edilməsini təmin etməkdir. Yelo Bank olaraq inanırıq ki, hər birimiz ətraf mühitə qayğı göstərməklə daha yaşıl və təmiz gələcək yarada bilərik. Yelo Bank bundan sonra da ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi, bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Bank xidmətləri haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!