Yelo Bank sahibkarlara vaxta qənaət edərək bütün diqqətlərini biznesin inkişafına yönəltməyə dəstək olur.
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-in yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın köməkliyi ilə Yelo biznes tətbiqində qeydiyyatdan keçmək mümkündür. Bununla da müştərilər istənilən vaxt, istənilən yerdən Yelo biznes tətbiqində qeydiyyatdan keçərək Bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına rahat giriş əldə edəcəklər.
Hazırda Yelo Bank ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Yaxın zamanda sahibkarlar tətbiqdə SİMA-nın köməkliyi ilə onlayn biznes hesabı aça biləcəklər. Tezliklə həmçinin kredit üçün müraciət edərkən sənədləri SİMA ilə imzalamaq da mümkün olacaq. Hər iki xidmət sayəsində sahibkarların filiala getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq. Rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Biznesə aid bank əməliyyətlarını istənilən yerdən, istənilən zaman Yelo tətbiqi üzərindən asanlıqla həyata keçirə bilərsiniz. Siz də müasir mobil bank xidmətlərindən zövq almaq üçün parlaq Yelo tətbiqini yükləyin: https://bit.ly/ylkshn
Depozit məhsulu haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!