Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrə təşəbbüs göstərməkdir.
FED.az xəbər verir ki, bu məqsədlə Bank bir çox universitet və tələbə təşkilatları ilə aktiv əməkdaşlıq edir. Ötən həftə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncin səsi” panel görüşünün tərəfdaşlarından biri də Yelo Bank idi. Tədbir 2 fevral Gənclər Gününə həsr olunub.
Tədbir tanınmış qonaqlar və ictimai fəalların sual-cavablı paneli ilə start götürüb. Bir həftə davam edən belə görüşlərin ardınca layihə təqdimatı keçirilib. İstedadlı gənclərin “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə aid komanda şəklində formalaşdırdığı layihə təklifləri münsiflər tərəfindən dəyərləndirildi. Tədbirin sonunda qalib komanda xüsusi hədiyyələr və layihələrini gerçəkləşdirə bilmələri üçün maliyyə dəstəyi ilə mükafatlandırıldı.
Yelo Bank gənc istedadların karyera inkişafı üçün dəstək layihələrini bundan sonra da davam etdirəcək. Əgər siz bank sahəsində karyera imkanları ilə maraqlanırsınızsa, Facebook, Instagram və LinkedIn-də Yelo Team səhifələrini izləyə bilərsiniz.
Banka əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!