Kağız hal-hazırda ən çox istehsal olunan sənaye məhsullarından ikincisidir.
"Yelo Bank"ın daha bir rəqəmsal filialı - XAÇMAZDA!
Ofis mühitində, xüsusilə bank sektorunda kağız daha çox sərf edilir. Yelo Bank Korporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addım atıb. Belə ki, Bankın Baş ofis binasında kağızın təkrar emalı üçün xüsusi qutular yerləşdirilib. Bu qutularda toplanan kağızlar təkrar istehsal üçün mütəmadi olaraq Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatı (AKKİK) tərəfindən təhvil alınacaq.
İş yerlərində 1% belə olsa kağız istehlakının azaldılması ilə minlərlə ağacı xilas etmək mümkündür. Bunun fərqinə varan Yelo komandası ofisdaxilində kağız istehlakının mümkün qədər azaldılmasına çalışır. Qeyd edək ki, belə emal qutularının yaxın gələcəkdə Bankın filiallarında da yerləşdirilməsi planlaşdırılır. Yelo Bank ekoloji vəziyyətin yaxşılaşdırılması üçün öz aktiv dəstəyini davam etdirəcək.
Bank xidmətləri, həmçinin sahibkarlara guzestli kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!