Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da genişləndirmək üçün növbəti filialını Şamaxıda açdı.
FED.az xəbər verir ki, yeni filial Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət göstərir. Filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər.
Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq: “Rəqəmsal konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət məntəqəsi fəaliyyət göstərir.
Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!