Azərbaycan Mərkəzi Bankı tərəfindən “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya keçirilir. Yelo Bank-ın mobil əlavəsini yükləyərək AniPay vasitəsilə minimum 5 AZN məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər.
Lotereyanın məqsədi cəmiyyətdə onlayn ödəmə vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadəni təşviq etməkdir.
Stimullaşdırıcı lotereya dövründə (1 – 30 noyabr 2021-ci il) 5 manat və ondan yuxarı məbləğdə aparılan hər bir köçürmə əməliyyatı iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır.
Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaq. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir. Hər bir qalib üzrə 100 manat olmaqla, ümumilikdə 400 nəfər qalibin olacağı planlaşdırılır. Uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcək.
Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:
• İstifadəçinin öz hesabları arasında aparılmış əməliyyatlar;
• Ləğv edilmiş (reversal) əməliyyatlar.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!