“Yelo Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
Yelo Bank ilk rübdə faiz gəlirlərini - 25% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 50 milyon 649 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 860 min manat və ya 24,2% çoxdur.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 46 milyon 857 min manat (8 milyon 621 min manat / 22,5% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 3 milyon 71 min manat (877 min manat / 40% çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 320 min manat (267 min manat / 6 dəfə çox) olub.
Bu dövrdə bankın faiz xərcləri ötən ilin eyni dövrünə nəzərən 7 milyon 95 min manat və ya 54,1% artaraq 20,2 milyon manata çatıb. Depozitlər üzrə faiz xərcləri 19 milyon 3 min manat (7 milyon 192 min manat / 60,9% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 941 min manat, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 81 min manat (1 milyon 38 min manat / 14 dəfə az) təşkil edib.
Alınan haqq və kommisiya gəliri 2 milyon 466 min manat (164 min manat / 6,2% az), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 123 min manat (1 milyon 74 min manat 9,7 dəfə az) olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 11 milyon 546 min manata (35 min manat / 0,3% çox), ümumi və inzibati xərclər 2 milyon 251 min manata (1 milyon 24 min manat / 31,3% az), amortizasiya xərcləri 1 milyon 33 min manata (10 min manat / 1% çox) bərabər olub.
Hesabat dövründə bankın vergidən əvvəlki mənfəəti 8 milyon 185 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 1,5 milyon manat olub. Mənfəət vergisi ödənildikdən sonra xalis mənfəət 6 milyon 685 min manata bərabər olub ki, bu da, bir ildə 4 milyon 515 min manat və ya 40,3% azalma deməkdir.
Cari ilin birinci rübünün sonunda bankın aktivləri 1 milyard 513 milyon manata bərabər olub. Bu, ötən ilin sonu ilə müqayisədə 2 milyon 422 min manat 0,1% azalma deməkdir.
Müştərilərə verilmiş kreditlər 3 ayda 7 milyon 333 min manat 0,7% azalaraq 1 milyard 82 milyon manata düşüb. Banklar və digər maliyyə institutlarındakı depozitlər 136 milyon 859 min manat (38 milyon 731 min manat / 22% az), ticarət və investisiya qiymətli kağızları 28 milyon 358 min manat (3 milyon 466 min manat / 10,8%) olub.
Hesabat dövrünün sonuna bankın öhdəliklərinin həcmi 1 milyard 330 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 9 milyon 46 min manat və ya 0,7% azdır.
Bankdakı depozitlər 1 milyard 64 milyon manat (30 milyon 119 min manat / 2,8% az), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 138 milyon 160 min manat (6 milyon 676 min manat / 4,6% az), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 19 milyon 892 min manat (19 milyon 67 min manat / 49% az) təşkil edib.
Cari ilin birinci rübünün sonuna bankın kapitalının həcmi 183 milyon 116 min manat təşkil edib. Bu, son üç ayda 6 milyon 623 min manat (3,8%) artım deməkdir.
Səhmdar kapitalı dəyişilməyərək 378 milyon manat olub.
Ümumi ehtiyatlar isə 63 min manat (0,5%) azalaraq 11 milyon 707 min manata düşüb.







![“Yelo Bank” mənfəət açıqladı -[red] Aktivləri 1,5 milyard manatdır – HESABAT[/red] | FED.az](upload/news/small/2168549.jpg)
![“Yelo Bank” mənfəət açıqladı -[red] Aktivləri 1,5 milyard manatdır – HESABAT[/red] | FED.az](upload/news/small/943727.jpeg)
![“Yelo Bank” mənfəət açıqladı -[red] Aktivləri 1,5 milyard manatdır – HESABAT[/red] | FED.az](upload/news/small/3094416.jpeg)









