“Yelo Bank” ASC 4 iyun 2020-ci il tarixindən bankın avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair açıq tenderin keçirilməsini elan edir.
FED.az xəbər verur ki, bank avtomobillər üçün bir il müddətinə servis xidmətləri təchizatçısının tapılmasında maraqlıdır.
Avtoparka daxildir:
- Hyundai Sonata (2007-ci il, 2014-cü il)
- Hyundai Tucson IX – 35 (2014-cü il)
- Hyundai Accent (2009-cu il)
- Toyota Camry (2012-ci il)
- Toyota Corolla (2014-cü il)
- Chevrolet Niva (2014-cü il)
- Nissan Sunny (2008-ci il)
- Khazar (2019-cu il)
Müsabiqənin predmeti aşağıdakı lotlar üzrə müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:
Lot №1 – xərcləmə materialları və ehtiyat hissələri üzrə alış:
- Motor yağı 5W – 30,5W – 40, 10W – 40
- АSQ, МSQ yağları
- Filtrlər: hava, yağ, kondisioner, benzin
- Antifriz
- Ön, arxa əyləc qəlibləri (taxma)
- Şüşəsilən fırçalar
- Amortizatorlar
- Qayışlar QRM
- Maillik vtulkaları
- Stabilizator rezinləri
- Təkər topları
- Alışma şamları
- Ön kürələr
- Akkumulyator
- Radiator
- Stabilizator linkləri
Lot №2 – xidmətlərin göstərilməsi:
- Avtomobilin ümumi baxışı
- Maillik – enmə
- Təkərlərin tarazlaştırılması
- Motor yağının dəyişdirilməsi
- Amortizatorların dəyişdirilməsi
- АSQ, МSQ yağlarının dəyişdirilməsi
- Qəliblərin dəyişdirilməsi
- Kompüter diaqnostikası
İcbaridir: İlkin baxış və yerində təmir işlərinin aparılması haqqında akt, qaimə, invoys, aparılmış iş haqqında akt.
Arzuolunandır: filial şəbəkəsinin olması və evakuator.
Qiymət: vergilər nəzərə alınmaqla son dəyər daxil olmalıdır.
Hesablaşma qaydası: təqdim edilmiş invoys üzrə hər ay ödəniş.
1.2. Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı (lotlar üzrə ayrılıqda mümkündür) və 11 iyun 2020-ci il 18:00 qədər təklifi “Yelo Bank” ASC İdarə Heyəti sədrinin adına “Avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair kommersiya təklifi – AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi, 30) təqdim etməyinizi xahiş edirik.
1.3. 1.2-ci bənddə göstərilən üsuldan fərqli şəkildə təqdim edilən müsabiqə təkliflərinə baxılmır.
1.4. 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.