“Yelo Bank” ASC-nin Arxiv otağı üçün mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
- Təqdim ediləcək məhsulun keyfiyyəti
- Təklif ediləcək məhsulun qiyməti
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
- Müqavilənin icra müddəti
Texniki şərtlər elana link olaraq əlavə olunur.
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
- Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Qiymətlər Azərbaycan manatı və vergilər daxil qeyd olunmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Satın alınacaq avadanlıq siyahısının əldə edilməsi
- Tender iştirakçıları satın alınacaq mebel avadanlığı siyahısını və ətraflı məlumatı saytdan yükləməklə yanaşı, elektron və ya çap edilmiş nüsxədə əlaqələndirici şəxslərdən istənilən iş günü saat 10:00-17:00 arası ala bilərlər.
- Müqavilənin icra müddəti
- Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
- Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.
- Ödəniş və digər şərtlər
- Təqdim ediləcək məhsullara minimum 2 il zəmanət verilməlidir.
- Zəmanət müddətinin 2 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
- Tenderin qalibləri 4 ay müddətinə müqavilə məbləğinin 5%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
- Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
- Təklif avadanlıqların quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Təklif verilən zaman iştirakçı müqavilə icra edildikdən sonra, 24 ay ərzində zərurət yarandıqda bank üçün eyni məhsullardan təqdim etmək imkanına malik olmalıdır.
- Tələb edildikdə iştirakçı müəyyən mebel avadanlıqları üzrə 7 gün ərzində nümunə təqdim etmək imkanına malik olmalıdır.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Tender təklifləri Bankın təqdim etdiyi təklif forması üzərindən verilməlidir.
- Müqavilə imzalanana qədər Bank satın alınacaq mebel avadanlıqlarının sayınının artırılması və ya azaldılması hüququna malikdir.
- Tender qalibinin Yelo Bankda hesab açması (Tender qalibi elan olunduqdan sonra)
- Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Satınalan təşkilatın ünvanı
Bakı ş. H. Zərdabi küç 81K, AZ1010
Əlaqələndirici şəxs:
- Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575