Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib.
FED.az biznes maliyyə xəbərləri portalı xəbər verir ki, Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.
Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət;
- Maliyyə savadlılığı dəstəkçisi;
- Təhsil dəstəkçisi;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
- Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
- Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).
Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.
Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



![Yelo Bank 6 nominasiya üzrə - [red]QALİB SEÇİLDİ[/red] | FED.az](upload/news/small/1823077.jpeg)
![Yelo Bank 6 nominasiya üzrə - [red]QALİB SEÇİLDİ[/red] | FED.az](upload/news/small/1127103.jpeg)









