Yelo Bank və UNEC-in birgə təşəbbüs layihəsi olan “Yelo Career Challenge” proqramı sona çatıb.
FED.az xəbər verir ki, 8 gün davam edən proqram Bankın rəhbər simalarının mentorluğu ilə müxtəlif təlimləri əhatə edib. Tədbirin yekun günü Yelo Bank-ın baş ofisində keçirilib.
Əvvəlcə tələbələr üçün əyləncəli komanda quruculuğu oyunu təşkil edildi. İştirakçılar komandalara bölünərək onlara ayrılmış vaxt ərzində Formula 1 maşını düzəltdilər. Əyləncəli bağlanğıcdan sonra tələbələr üçün Yelo Bank-ın rəhbər heyətinin müşayiəti ilə ofis turu təşkil edildi. Sonda isə bütün iştirakçılara sertifikatlar təqdim edildi. Proqram elan olunandan böyük marağa səbəb olmasının digər səbəbi isə layihənin sonunda müsahibələri uğurla başa vuracaq iştirakçılara Yelo Bank-da ödənişli təcrübə imkanının verilməsi idi. Proqramın bağlanış tədbirində bu 3 iştirakçı müəyyənləşdirilərək Yelo komandasının üzvü oldular.
Bu kimi layihələrə dəstək göstərməklə, Yelo Bank yüksək potensiala malik kadrların birbaşa universitetlərdən iş həyatına cəlb olunmasına çalışır. Hər zaman gənclərə dəstəyi ilə seçilən Yelo Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.
Yelo Bank təcrübə proqramı ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!