Yelo Bank-ın parlaq mobil tətbiqi öz üstünlüklərini artırmağa davam edir. Artıq Azəriqaz-a məxsus Gallus və Zenner tipli smart kartların balansını Yelo App vasitəsilə artırmaq mümkündür. Bu ödəniş üçün smartfonun NFC funksiyasını dəstəkləməsi mütləqdir.
Ödəniş qaydası isə çox sadədir. Yelo App-də ödənişlər menyusunda Kommunal-ı seçib, Azəriqaz Smart Kart pəncərəsinə daxil olmaq lazımdır. Kartı smartfonun alt hissəsinə tutduqda kartda olan məlumatlar ekranda əks olunur. Burada daxil etmək istədiyin məbləği və ödəniş edəcəyin kartı seçərək əməliyyatın yekunlaşması üçün kartı yenidən smartfona yaxınlaşdırmaq lazımdır. Budur, ödəniş həyata keçdir, vəsait isə dərhal kartın balansına oturur. Məlumat üçün bildirək ki, Android smartfonlarda həm Gallus, həm Zenner, iOS sistemli smartfonlarda isə yalnız Gallus kartlarına ödəniş etmək mümkündür.
Yelo App ilə bir sıra kommunal ödənişləri, o cümlədən bank əməliyyatlarını 24/7 həyata keçirmək mümkündür. Bu tətbiqlə banka gəlmədən tam onlayn kredit əldə etmək və ya kart sifariş etmək, hesablar, xərc və gəlirlərə nəzarət etmək, cashback bonuslarını izləmək və hesaba köçürmək mümkündür. Elə indi smartfonunuza Yelo tətbiqini yükləyin və parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!