Yelo Bank müştərilərinin rahatlığına önəm verməyə davam edir.
Onların digər bank kartlarından istifadə edə biləcəyini nəzərə alaraq Yelo App-də xüsusi imkanlar yaradılıb. Belə ki, müştərilər digər banklara məxsus kartlarını Yelo App-ə əlavə edərək Yelo kartlarına komissiyasız köçürmə edə və ya Yelo kredit ödənişini həyata keçirə bilərlər. Əməkhaqqını hansı bankdan almağınızdan asılı olmayaraq vəsaitinizi Yelo karta köçürmək isə daha sərfəlidir. Çünki Yelo kartdakı qalığa görə illik 6%-dək gəlir əldə etmək mümkündür.
Yelo App öz funksiyalarını daim təkmilləşdirərək müştərilərin bank təcrübəsini yeniləməyi və sadələşdirməyi hədəfləyir. Hazırda tətbiq daxilində bankda həyata keçirməyə alışdığımız bir çox əməliyyatları qısa zaman ərzində bir neçə kliklə icra etmək mümkündür. Banka gəlmədən kredit və ya kart sifariş edə, ölkədaxilinə və ölkəxaricinə pul köçürə, xərc və gəlirlərə nəzarət və s. əməliyyatları tətbiqdəcə həyata keçirə bilərsiniz.
Yelo App-in rahatlığından istənilən zaman və hər yerdə zövq almaq üçün elə indi yükləyin: bit.ly/ylmbltb
Bank kartlari haqqında əlavə suallarınız yaranarsa, 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!