Bu gün “AFB Bank” bütün maliyyə problemlərinizi həll etmək üçün yeni məhsulu “Təminatlı İstehlak krediti”ni Sizlərə təqdim edir.
“Təminatlı İstehlak krediti”nin şərtlərinə əsasən rəsmi gəliri olan fiziki şəxs daşınmaz əmlakını girov qoyub 16%-dən başlayan faiz dərəcəsilə, 50 000 AZN-dək kredit əldə edə bilər.
Yeni Məhsul – sizə avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.
Məhsul şərtləri haqqında ətraflı məlumatı 1545 çağrı mərkəzinə zəng etməklə və ya “AFB Bank”ın filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.