Azərbaycanın aparıcı banklarından biri olan «Bank Respublika»ın kredit və depozit portfellərində son birldə 50%-dən artıq artım baş verib. FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Tariyel İsmayılov «Bank Respublika»nın yeni innovativ məhsulu olan «PayPass Sticker»in təqdimatındakı çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda bankın aktivləri 1 milyard manatı keçib və «Bank Respublika» bu göstərici ilə ökənin 5 ən böyük bankından biridir.
T.İsmayılov bildirib ki, 2018-ci ilin əvvəlindən indiyədək bankın bütün göstəriciləri üzrə yaxşı nəticələr əldə edilib: «Kredit portfelində 60%, depozit portfelində isə 67% artım baş verib, məcmu kapital 2 dəfədən çox artıb».
Bir neçə gün əvvəl 27 yaşını qeyd etmiş bank hazırda yarım milyon müştəriyə xidmət göstərir.
Bütün bu nəticələr öz təsirini bankın gəlirlərində də göstərib: «2018-ci ildə bankın xalis əməliyyat mənfəəti 2 dəfə, xalis faiz mənfəəti isə 3 dəfə artıb»-deyə T.İsmayılov bildirib.
«Yarım milyon müştərimiz var, ən böyük 5 bankdan biriyik»
14:03
12 İyun 2019