Yaponiyada onlayn bank hesablarından pul oğurluğu rekord həddə çatıb.
FED.az xəbər verir ki, bu barədə ölkə polisi son aylar bununla bağlı artan müraciətlərə əsasən məlumat yayıb.
Eləcə də bax: "Borcumu qaytarmaq üçün 124 nəfərin hesabından pul çıxardım - BANK XƏBƏRSİZ İDİ"
Milli polis idarəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin birinci yarısında yalnız bir ayda 50 belə bank köçürməsi qeydə alınıb. Avqustdan başlayaraq, belə halların sayı artıb və sentyabrda 441-ə çatıb. Noyabrda isə 776 milyon yen məbləğin oğurlandığı 573 belə hadisə qeydə alınıb. Hər iki rəqəm polis tərəfindən müvafiq statistikanın aparılmağa başlanmasından sonra qeydə alınan ən yüksək göstəricilərdir.
Rəsmi nümayəndələrin bildirdiyinə görə, belə hallar zamanı zərərçəkənlərə əsasən real maliyyə qurumlarının adından məktublar göndərilir. Bu məktublarda onlardan müvafiq saytlara keçmələri xahiş olunur ki, sonradan həmin şəxs burada öz bank rekvizitlərini və parolu göstərir. Beləliklə lazımi məlumatları əldə edən oğrular həmin şəxsin hesabından istədikləri məbləği çəkirlər.
"Azərtac"