“YapıKrediBank Azərbaycan” QSC-nin Müşahidə Şurası və İdarə Heyətinə yeni üzvlər qəbul edilib.
Bankın baş ofisindən FED.az saytına verilən məlumata görə, səhmdarların müvafiq qərarı ilə Müşahidə Şurasına yeni üzv kimi Albert Angersbach, İdarə Heyətinə isə Sinan Ağırbaş təyin edilib.
Beləliklə Şirkətin Müşahidə Şurası aşağıdakı kimi formalaşıb;
Müşahidə Şurasının sədri Gökhan Erün, sədr müavini Niccolo Ubertalli, üzvlər
Erhan Adalı, Albert Angersbach və Serkan Ülgendir.
İdarə Heyətinin sədri Cenk Yüksel, üzvlər Şəhla Səmədova, Teymuraz Əmirov, Nəsimi Gündoğdu və Sinan Ağırbaşdır.
Qeyd edək ki, Sinan Ağırbaş 1999-cu ildə Anadolu Universitetinin Ümumi İqtisadiyyat fakultəsini bitirmişdir. 1997-1999 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə Denizli Filialı Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis,1999-2000 ci illərdə Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis olmuşdur. 2000-2007 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Kommersiya Portfeli meneceri ,2008-2010 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Aydın Efeler Filialı Müdiri vəzifəsində çalışmışdır. 2010-2012 ci illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Sumqayıt Filialının müdiri, 2012-2013 cü illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Müştərilərə Xidmət Departamentinin Müdiri, 2014-2018 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Ege Filialı Filial müdiri, 2018-2019 cu illərdə Yapı Kredi Bank Azərbaycan QSC Satış və Marketinq üzrə Baş Direktor müavini vəzifəsində çalışmışdır. 05.02.2019- ci ildən etibarən "Yapı Kredi Bank Azərbaycan" QSC-də Satış və Marketinq üzrə Baş Direktor müavini, İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Albert Angersbach isə Almaniyada Köln Universitetində İqtisadi və Sosial Biliklər/İdarəetmə üzrə ali təhsil alıb.
“YapıKrediBank Azərbaycan”da yeni təyinatlar olub - ADLAR
13:53
13 Fev 2019