“YapıKredi Bank” ASC kredit portfelini son 6 ayda 6% artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 251,3 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 14,3 milyon manat, yaxud 6,0% çoxdur.
Bunun da 52,2 milyon manatını istehlak, 170,9 milyon manatını biznes, 28,1 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 6,8 milyon manat, yəni 15,1%, biznes kreditlərinin həcmi 1,8 milyon manat (1,1%), daşınmaz əmlak kreditlərinin həcmi 5,7 milyon manat (25,3%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 36 milyon 299 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 214 milyon 980 min manat xalis kredit verilib.