«Yapıkredi Bank Azərbaycan» 2018-ci ilin ilk 9 ayı üzrə hesabatları çərçivəsində kredit portfelini də açıqlayıb. FED.az xəbər verir ki, ilin əvvəlindən indiyədək bankın kredit portfeli 18,03% artaraq 172 mln 340 min manata çatıb.
Hesabatdan aydın olur ki, bank ökə iqtisadiyyatının bütün əsas sahələrinə kreditlər ayırır. Kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsünə gəldikdə, ən çox vəsait istehlak və ticarət müəssələrinə ayrılıb.
İstehlak kreditlərinin məbləği 60 mln 272 min manat və ya ümumi kredit portfelinin 34,97%-ni təşkil edir.
Ticarət müəssələrinə verilən kreditlər 56 mln 773 min manat və ya 32,94% olub.
Kreditlərin iqtisadiyyatın digər sahələri üzrə bölgüsü aşağıdakı kimidir:
Sənaye sahəsinə - 26 mln 957 min manat və ya 15,64%,
Tikinti sahəsinə - 12 mln 231 min manat və ya 7,10%
Digər qeyri-istehsal və xidmət sahələrinə - 6 mln 988 min manat və ya 4,05%,
Kənd təsərrüfatına - 5 mln 387 min manat və ya 3,13%,
Nəqliyyat sahəsinə - 3 mln 541 min manat və ya 2,05% təşkil edb.