Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı “YapıKredi (Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti üzvlərinin sayı 5-dən 3-ə düşüb.
FED.az xəbər verir ki, “YapıKredi (Azərbaycan)”nın İdarə Heyətini E. Özgür Şeşen və Baran Altınel tərk ediblər. İki türkiyəlinin istefasından sonra Bankın İdarə Heyətini iki azərbaycanlı – Şəhla Səmədova və Teymuraz Əmirov və bir türkiyəli – Cenk Yüksel təşkil edir.
Xatırladaq ki, “YapiKredi(Azərbaycan)” QSC-nin nizamnamə kapitalı hazırda 46 810 703,90 manat təşkil edir. Səhmlərinin 99,98% Yapi Kredi Bank (Türkiyə), 0,01% Yapi Kredi Yatirim Menkul Değerler Şirkəti (Türkiyə) və 0,01% Yapi Kredi Finansal Kiralama Şirkəti (Türkiyə) nəzarət edirlər.