İtalyan “UniCredit SPA” və “Koç Holding”in ortaq olduğu “Yapı Kredi Bankası” sərmayəsini 1 milyard dollar həcmində artırmağa hazır olduğunu bəyan edib. FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Yapı Kredi”nin bu addımı “Bank of America Merrill Lynch və Citigroup Inc. ilə birgə işləməyə hesablanıb.
Məlumatda bildirilir ki, sərmayə artımının 80 faizini 2 əsas iri pay sahibi, qalan hissəsi isə yeni səhm emissiyaları hesabına baş verəcək. Kapital artımı əsasən, bankın riskli aktivlərinin gücləndirilməsinə yönəldiləcək.
“Bloomberg”in məlumatlarına görə, ötən il sentyabr ayının sonunda “Yapı Kredi”nin kapital kafiliyi 10,2%-ə enmişdi. Bu göstərici “İş Bankası”nda 15,%, “Garanti Bankası”nda isə 15% təşkil edib.
Aktivlərinin həcminə görə Türkiyənin ən böyük altıncı bankı olan “Yapı Kredi”nin kapital kafiliyi göstəricisi 2016-cı ilin sonunda 13,2% olub. Bank sektorunun ortalama göstəricisi isə 16% olub.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Yapı Kredi, Garanti Bankının əvvəlki müdirinin köməkçisi Gökhan Erünü ümumi rəhbər təyin edib.
Onu da deyək ki, "Yapı Kredi Bank Azərbaycan" "Yapı Kredi Bankası"nın törəmə bankıdır.
"Yapı Kredi"nin səhmdarı kapitalını artırır: MƏBLƏĞ
10:55
12 Yan 2018