Hər zaman müştərilərini düşünən Yapı Kredi, Worldcard müştərilərinin Yeni illərini daha sevinclə qarşılamaları üçün 26 Noyabr-23 Dekabr tarixlərində qazandıran kampaniyaya start verir. Qalib olmaq üçün iki yol var.
- 26 Noyabr-23 Dekabr tarixlərində hər həftə bir nəfər 2019 manat qazanacaq. Bunun üçün həftə ərzində Worldcard Partnyor Mağazalarında 20,19 manat (iyirmi manat, 19 qəpik) və üzəri ən çox saydda alış-veriş etmək gərəklidir. Hər həftə bir nəfər olmaqla, ümumilikdə 4 nəfər qalib elan ediləcək.
- Ən çox alış-veriş edə bilməyənlər isə, www.2019manatqazan.com saytına daxil olub, suallara cavab verib, həftə ərzində ən çox xal toplayaraq 2019 manat qazana biləcəklər. Qalib olmaq üçün həmin həftə ən az 1 (bir) dəfə Worldcard Partnyor Mağazalarında 20,19 manat (iyirmi manat, 19 qəpik) və üzəri alış-veriş etmək mütləqdir.
Kampaniya haqqında ətraflı məlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən və ya www.worldcard.com.az, www.2019manatqazan.com internet səhifələrindən əldə etmək mümkündür.
Nəzərinizə çatdıraq ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.