Azərbaycanın ən aktiv banklarından olan "YapıKredi Bank Azərbaycan" yeni kampaniya başlayıb.
Bankdan FED.az saytına verilən məlumata görə, 05 aprel tarixinədək ən çox alış-veriş edən "Worldcard" istifadəçisi "Iphone 12 Pro Max" qazanma şansı əldə edəcək.
Qeyd edək ki, kampaniyada iştirak etmək üçün birdəfəlik alış-verişin minimum məbləği 15 AZN-dir.
Worldcard kredit kartı alış-veriş zamanı hissə-hissə ödəmə, müntəzəm kampaniyalar, imtiyazlı əlavə xidmətlər təqdim edir. Worldcard ilə bir çox ölkədən online alış-veriş zamanı ödənişi 3 hissəyə ayıraraq ödəyə bilərsiniz. Həmçinin, Worldcard vasitəsilə alış-verişlərinizdən bal qazanmaq, daha sonra isə bu ballarla World Üzv Ticarət Obyektlərində alış-veriş etmək mümkündür.
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən *0444 nömrəli Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.