Yapı Kredi Bank Azərbaycan Fevral ayının sonuna kimi Standard Qazanc Əmanəti məhsulunun faiz dərəcəsini 18%-ə qədər artırır. Bu kampaniyada manatla olan əmanətlərini banka yatıran şəxslər illik 18%-ə qədər qazanc əldə edəcəklər.
Worldcard-ı olanlar daha çox qazanacaq
8 Fevral – 28 Fevral tarixləri arasında, ən az 6 ay müddətinə, 1,000-300,000 AZNməbləğində müddətli əmanət yerləşdirən müştərilər kampaniyadan yararlana biləcəklər. Hal hazırda Standard Qazanc Əmanəti məhsulunun illik faiz dərəcəsi 15% olmasına baxmayaraq qeyd edilən tarixlərdə müştərilərə əlavə olaraq +1% və ya +2%, Worldcard-ı olan müştərilərə üçün isə +3%-ə qədər faiz artımı təklif edilir.
Müddət |
Worldcard-ıolmayanmüştərilərüçün (illik %) |
Worldcard-ıolanmüştərilərüçün (illik %) |
6 |
15% |
16% |
7 |
15% |
16% |
8 |
15% |
16% |
9 |
17% |
18% |
10 |
17% |
18% |
11 |
17% |
18% |
12 |
17% |
18% |
Yapı Kredi Bank Azərbaycan QSC Avropanın 17 ölkəsində olan bankçılıq qrupunun üzvüdür. Bankın səhmdarları Türkiyənin ən böyük şirkətlər qrupu Koç Qrup və Avropanın ən böyük banklarından biri UniCredit-dən ibarətdir.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, İnternet Bankçılıq, Mobil Bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.