“Yapı Kredi Bank Azərbaycan” QSC-də Korporativ əlaqələr şöbəsinin rəisi Heydər İsmayılov vəzifəsini tərk edib.
FED.az xəbər verir ki, o, məlumatı təsdiq edib və öz ərizəsi ilə işindən ayrıldığını açıqlayıb. Heydər İsmayılov başqa bir şirkətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.
“Yapı Kredi Bank Azərbaycan” QSC-də Korporativ əlaqələr şöbəsi Bankın reklam və mətbuatla əlaqələr üzrə işlərini icra edir.
Hazırda “Yapı Kredi Bank Azərbaycan”da Korporativ əlaqələr şöbəsinin rəhbəri vəzifəsi boşdur. Bu vəzifənin müvəqqəti icrası Marketinq departamentinin rəhbəri Məhəmməd Məmmədova tapşırılıb.
Eləcə də bax: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - YENİ TƏYİNAT