Hər zaman ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan Yapı Kredi Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində güzəştli şərtlərlə cəmi 5%-lə kreditlər təklif edir.
FED.az xəbər verir ki, qeyri-neft sənaye sahələrində, kənd təsərrüfatı, lojistik xidmət, anbar kompleksləri, turizm, rəqəmsal inkişaf və innovasiyalar, balıqçılıq və akvakultura və eko layihələr sahələrində fəaliyyət göstərən sahibkarlar güzəştli kreditlərdən faydalana bilərlər. Sahibkarlar üçün kredit müddətinin yarısınadək güzəşt müddəti də tədbiq edilə bilər.
Müraciət etmək üçün *0444 telefon mərkəzinə və filiallarımıza yaxınlaşa bilərsiniz.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.