“Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə aztəminatlı ailələrə biznes təşəbbüslərini həyata keçirmək üçün dəstək göstərməyə davam edir.
Eləcə də bax: "Yapı Kredi Bank Azərbaycan" Ani Ödənişlər Sistemini təqdim edən ilk banklardan oldu
FED.az xəbər verir ki, bank sentyabr ayı ərzində 9 ailəyə müxtəlif sahələrdə öz biznes təşəbbüslərini reallaşdırmaq üçün gərəkli avadanlıqları təqdim edərək onların sahibkarlıq fəaliyyətinə təkan vermişdir.
Belə ki, “Yapı Kredi Bank Azərbaycan” Bakının Sabunçu rayonu ərazisində yaşayan Cəlilov Ruflan Yavər oğlu və Cəfərov Namiq Əkbər oğluna broyler sexi qurması üçün lazımi avadanlıqlar təqdim etmişdir.
Abşeron rayonu ərazisində yaşayan, Yusifov Bəhruz Yusif oğluna, məcburi köçkün, hazırda Pirallahı qəsəbəsində müvəqqəti məskunlaşmış Əşrəfova Yeganə Xasay qızına, və Bakı şəhəri, Suraxanı rayon sakini Quliyeva Şəfiqə Yusup qızına un məmulatları istehsal etməsi üçün lazımi avadanlıqlar təmin etməklə dəstək göstərilmişdir.
Daha üç vətəndaşımız, Sabunçu rayonunda məskunlaşmış məcburi köçkün Ağayeva Arzu Arif qızı, Pirallahı qəsəbəsində məskunlaşmış məcburi köçkün Əliquliyeva Ofelya Əli qızı, Nizami rayon sakini, məcburi köçkün Şahbazova Arifə Ənvər qızı bundan sonra “Yapı Kredi Bank Azərbaycan”ın təqdim etdiyi avadanlıqlarla tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar.
Həmçinin, bank tərəfindən Sumqayıt şəhərində yaşayan şəhid ailəsindən Salehli Çingiz Saleh oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar təqdim olunmuşdur.
Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank Azərbaycan” korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq cari ilin may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirərək, daha bir neçə aztəminatlı ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.