Zəfər Günü xalqımızın birlik, qətiyyət və torpaqlarımıza qayıdış ruhunu təcəssüm etdirən əlamətdar tarixdir.
Bu münasibətlə Yapı Kredi Bank Azərbaycan istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı illik faiz və komissiya dərəcələrinə 5% endirim tətbiq edir.
Kampaniya şərtləri:
1. Kampaniya 07.11.2025 – 14.11.2025 tarixlərində keçərlidir.
2. Endirim həm illik faiz dərəcəsinə, həm də komissiya məbləğinə tətbiq olunur.
3. Hər bir istehlak kreditinə illik faiz və komissiyada 5% endirim veriləcəkdir.
4. Kampaniya həm yeni, həm də təkrar müştərilərə şamil edilir.
5. Kampaniya restrukturizasiya, avto, depozit qarşılıqlı və əlavə ehtiyat yaradılmaqla verilən kreditlərə şamil edilmir.
6. Kampaniya digər kampaniyalarla paralel tətbiq olunmur.
7. Kredit məbləği və müddəti üzrə məhdudiyyət yoxdur.
8. Bir müştəriyə tətbiq ediləcək faktiki endirim:
• İllik faizlərdə maksimum 1%,
• Komissiyada maksimum 0.10% ola bilər.
9. Kampaniya yalnız 14.11.2025 tarixinədək sistemə daxil edilmiş müraciətlərə şamil edilir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

















