FED.az “Yapı Kredi Bank Azərbaycan”nın gəlir mənbələrini təqdim edir.
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin 3-cü rübünü 7,7 milyon manat mənfəətlə - BAŞA VURDU
2025-ci ilin 3-cü rübündə “Yapı Kredi Bank Azərbaycan” 58 milyon 339 min manat ümumi gəlir qazanıb. Bankın gəlirlərinin əsas hissəsi kredit portfeli üzrə faiz gəlirləridir. Bu mənbədən 27 milyon 332 min manat gəlir əldə olunub ki, ümumi gəlirin 47%-ni təşkil edir.
Komissiya haqları bankın ikinci ən böyük gəlir mənbəyidir, bu gəlir 15 milyon 177 min manat olub və gəlirlərin 26%-ni təşkil edib.
Bank daha 5 milyon 110 min manat həcmində vəsaiti valyuta əməliyyatlarından əldə edib. Bu gəlir mənbəsi ümumi gəlirlərin 9%-i qədərdir.
Qiymətli kağızlara investisiyalardan gəlirlər isə 4 milyon 425 min manat təşkil edibki, ümumi gəlirlərdəki payı 8% təşkil edib. Eyni paya malik olan digər bir mənbə – digər banklara depozitlərdən gəlirlərdir, qazanılan vəsait 4 milyon 659 min manat olub (8% pay).
Bank digər banklara kredit ayıraraq 885 min manat qazanıb, başqa sözlə ümumi gəlirlərin 2% hissəsi burdan əldə edilib.
Hesabat dövründə digər qeyri-faiz gəlirləri isə 749 min manat olub, ümumi gəlirlərin 1%-i həcmində.
Ən kiçik pay isə digər faiz gəlirlərinə düşür, yalnız 2 min manat.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
27 332 |
47% |
|
QK-a investisiyadan gəlir |
4 425 |
8% |
|
Digər banklara depozitlərdən gəlirlər |
4 659 |
8% |
|
Digər banklara kreditlərdən gəlirlər |
885 |
2% |
|
Komissiya haqları |
15 177 |
26% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
5 110 |
9% |
|
Digər faiz gəlirləri |
2 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
749 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
58 339 |
100 |













