FED.az Azərbaycanın aparıcı banklarından olan «Yapı Kredi Bank Azərbaycan»nın gəlir mənbələrini təqdim edir.
"YapıKredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Yapı Kredi Bank Azərbaycan»ın gəlirləri 20 milyon 502 min manat təşkil edib. Bu məbləğin böyük hissəsi – 11 milyon 166 min manatı və ya 54%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
«Yapı Kredi Bank Azərbaycan»ın ikinci böyük gəlir maddəsi komissiya haqlarıdır – bu mənbə banka yarım ildə 5,5 milyon manat və ya bütün gəlirlərin 27%-ni təmin edib.
İlk 6 ayda «Yapı Kredi Bank Azərbaycan»ın valyuta əməliyyatlarından gəlirləri 2,8 milyon manat olub, bu - bankın bütün gəlirlərinin 14%-i deməkdir.
Ümumiyətlə, «Yapı Kredi Bank Azərbaycan»ın gəlirlərinin 59%-i faiz, 41%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
11 166 |
54% |
QK-a investisiyadan gəlir |
816 |
4% |
Digər banklara depozitlərdən gəlirlər |
139 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
5 526 |
27% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 850 |
14% |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
5 |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
20 502 |
100% |