FED.az xəbər verir ki, "Yapı Kresi Bank Azərbaycan" Korporativ Əlaqələr üzrə əməkdaş vəzifəsinə işçi axtarır.
Vakansiya: Korporativ Əlaqələr üzrə əməkdaş
Əsas vəzifə və öhdəliklər:
- Bankın reklam strategiyasını müəyyən etmək, kreativ tərəfdaşa müvafiq brief-ləri göndərmək və yönləndirmək;
- Informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
- Media mənsubları ilə əlaqəni qurmaq, Mətbuatın monitorinqi;
- Əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat bazasının yaradılması;
- Tədbirlərin təşkili;
- Press-relizlərin hazırlanması;
- PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
- Dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
- PR xərcləri üzrə büdcəyə nəzarət;
- PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək;
- Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq;
- Media agentliyi, yerlər (TV kanalları, Qəzetlər, radiolar, çöl reklam firmaları və s.), media satın alma firması ilə koordinasiyanı təmin etmək;
- Banka aid internet saytlarının quruluşu, dizayn və məzmunlarının markaya uyğunlaşdırmaq;
- Keçirilən tədbirlərə ictimaiyyətin diqqətini cəlb etmək.
CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.