Azərbaycanda Türkiyə bank sektorunu təmsil edən «Yapı Kredi Bank Azərbaycan» 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ili - MƏNFƏƏTLƏ BAŞA VURDU
FED.az xəbər verir ki, ötən il bankın aktivləri artıb, gəlirləri və mənfəəti isə yüksəlib.
2022-ci ildə bankın faiz gəlirləri 4 milyon manat və ya 18% artaraq 26,2 milyon manat olub. Bu dövrdə kredit portfeli üzrə faiz gəlirləri banka 23,4 milyon manat gətirib – artım 2,7 milyon manat. Daha 1,1 milyonu isə Yapı Kredi Banka başqa banklara yerləşdirdiyi depozitlər gətirib – 700 min manat və ya 2,5 dəfə artım.
Qiymətli kağızlara yatırımlardan isə bank 1,7 milyon manat əldə edib – 600 min manat və ya 54% artıb.
«Yapı Kredi Bank»ın afaiz xərcləri də artıb – 2021-ci ildəki 1,4 milyona qarşı 2,2 milyon manat.
Ötən il bank öz əmanətçilərinə 1,55 milyon m anat faiz ödəyib. 562 min manat isə cəlb edilmiş kreditlərə görə faiz ki mi ödənilib.
Nəticədə «Yapı Kredi» ili 24 milyon manat xalis faiz gəliri ilə tamamlayıb. Bu əvvəlki illə müqayisədə 3,2 milyon manat artıqdır.
2022-ci ildə bankın qeyri faiz gəlirləri 4,5 milyon manat və ya 31% artaraq 18,9 milyon manata yüksəlib.
Bundan 12,4 milyon manat komissiya haqlarının (2,5 milyon manat artıb) payına düşür. Yapı Kredi ötən il xarici valyuta əməliyyatlarından 6,3 milyon manat qazanıb, bu əvvəlki illə müqayisədə təqribən 1,5 dəfə artıqdır.
2022-ci ildə bankın qeyri-faiz xərcləri də təqribən 10% artaraq 32,8 milyon manata yüksəlib.
Əmək haqları 1,5 milyon manat və ya 15% artaraq 11,4 milyon manat olub, inzibati xərclər isə 6,9 milyon manata yüksəlib.
Digər xərclər 10,4 milyon manat, amortizasiya xərcləri 6,9 milyon manat olub.
Nəticədə 2022-ci ilin yekununda bankın əməliyyat mənfəəti 4 milyon manat artaraq 10,2 milyon manat olub.
Bunun təqribən 8 milyon manatı mümkün zərərlərdən qorunmaq üçün ehtiyata ayrılıb, təqribən 1 milyon manat isə vergi kimi ödənilib. Nəticədə bank ili 1153 min manat xalis mənfəətlə tamamlayıb.
Maliyyə nəticələrinə əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə bankın aktivləri 87 milyon manat və ya 22% artaraq 482 milyon manat yüksəlib.
2022-ci ilin sonuna bankın kredit portfeli 62 milyon manat və ya 35% artaraq 237 milyon manata çatıb. Bu dövrdə biznes kreditləri 44,3% artaraq 169 milyon manat, istehlak kreditləri portfeli isə 12,8% artaraq 45 milyon manat olub.
Ötənil bankın öhdəlikləri də təqribən 85 milyon manat artaraq 398 milyon manata yüksəlib.
Sahibkarlara və fiziki şəxslərə yüksək xidmət və xüsusi yanaşma banka olan inamı daha da artırıb və bankın depozit portfeli ötən il ilə müqayisədə 27,6% artaraq 364 milyon manat təşkil edib.
Fiziki şəxslər üçün bu rəqəm 18% artaraq 81 milyon manat, hüquqi şəxslər üçün 30,7% artaraq 283 milyon manat təşkil edib.
2022-ci ilin göstəricilərinə əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-in I dərəcəli kapitalının adekvatlıq əmsalı 26,6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28,1% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 75,1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.