“YapiKredi Azərbaycan” QSC-nin Müşahide Şurasının (MŞ) üzvlərindən biri bankı tərk edib, yerinə isə yenisi gəlib.
FED.az saytının əldə etdiyi məlumatda deyilir ki, bankı tərk edən Feza Tan-dır. Onu isə Erhan Adalı əvəz edib. Məlumat üçün bildirək ki, hazırda MŞ üzvlərinin sayı 5-dir. Bu il ərzində 3-cü bülə düyişiklikdi. Belə ki, bu il ərzində Serkan Ülgen və Gökhan Erün də adları yeni şəxs kimi qurumun MŞ siyahısına daxil edilib.
Qeyd edək ki, E. Adalı 1988-cı ildə İstanbul Universitetinin Siyasi Elmlər fakultəsi üzrə bakalavr təhsilini almışdır. 1989-1994 -ci illərdə Garanti Bankasında Daxili audit departamentinin auditoru, 1994-1995 -ci illərdə Garanti Bankasında Marketinq departamentinin müdir müavini, 1995-1997-ci illərdə Garanti Bankasında Fındıklı Filialının müdiri, 1997-2002-ci illərdə Garanti Bankasında Korporativ departamentinin müdiri, 2002-2004-cü illərdə Garanti Bankasında Kommersiya Bankçılıq Marketingi bölgə müdiri, 2004-2005-ci illərdə Garanti Bankasında SME Bankçılıq Marketinqi departament koordinatoru vezifələrində çalışmışdır. 2005-2012 -cı illərdə Garanti Emeklilik və Hayat-da Baş Direktor, 2012-12.2017-ci illərdə Garanti Bankasında Kredit üzrə baş direktor müavini, 2015-2017-ci illərdə Garanti Leasing-Garanti Mortgage Müşahidə Şürasının üzvü vəzifəsində çalışmışdır. 2018-ci ilin yanvar ayından etibarən isə Yapı Kredi Bankası Korporativ və Kommersiya bankçılıq üzrə Baş Direktor müavini, Yapı Kredi A.Ş./Türkiyə İdarə Heyətinin üzvü olaraq karyerasını davam etdirməkdədir.