Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı banklarda əmək işçilərə ödənilən orta aylıq əmək haqqları məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, “Yapı Kredi Azərbaycan”da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 4602 manat, “Ziraat Bank Azərbaycan“da isə 3 733 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə “Yapı Kredi Azərbaycan”da işçilərin əmək haqqı xərclərinə 14,9 milyon manat sərf edilib. “Ziraat Bank Azərbaycan“ da 2023-cü ildə 7,3 milyon manat xərclənib.