Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il yanvarın 31-nə 1 milyard 815 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3% çoxdur.
Azərbaycan banklarının xalis mənfəəti - 50% ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, yanvarın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 870,4 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 6,9% çoxdur.
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il yanvar ayının sonuna Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malik olub. (İnterfaks-Azərbaycan)