2020-ci ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 4,5% - 8 milyard 251,7 milyon manatadək azalıb
Eləcə də bax: Azərbaycanda əhalinin banklardakı əmanətləri - 5% AZALIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 1% - 4 milyard 550 milyon manatadək və ya bütün əmanətlərin 55,1%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib).
Yanvar-martda əhalinin milli valyutada əmanətlərinin həcmi 10,4% - 3 milyard 701,7 milyon manatadək (bütün əmanətlərin 44,9%-i) azalıb.
31 mart 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 794,7 milyon manat, qeyri-rezidentlərin – 457 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 5% azalıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 5,2% artıb.
Aprelin 1-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 85,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,7% azdır.