Azərbaycanda yanvar ayında adı mediada ən çox hallanan banklar məlum olub. FED.az xəbər verir ki, bu siyahını «Media Consulting and Services» şirkəti ötən ay media araşdırmaları əsasında tərtib edib. Mətbuatın monitorinqi göstərib ki, yanvarda bütün mediada (TV, radio, saytlar qəzetlər və s.) bank sektoru ilə bağlı 22 861 məluat yayılıb.
Yanvar ayında bankların media aktivliyi dekabr ayı ilə müqayisədə passiv olub. Belə ki, 2017-cı ilin dekabr ayında 27890 bank adı hallanan yazı müşahidə edilmişdi.
Haqqında ən çox danışılan bank Azərbaycan Beynəlxalq Bankı olub. Bu bankın adı 1402 dəfə çəkilib.
Sonrakı yeri hələ 2016-cı ildə fəaliyyətini dayandırmış və hazırda qanunsuz verilən kreditləri lə gündəmə gələn Bank Standard (802 məlumat) tutur. Əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox hallanmasına «Çudo Peçka» və «ÇP Aqro» MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdır.
Mətbuatda adı daha çox çəkilən bankların ilk üçlüyünü Kapitalbank (757 məlumat) tamamlayır.
Araşdırmanın ən maraqlı nəticələrindən biri cəmi 40 gün əvvəl bağlanmış Dəmirbankın ətrafındakı sakitlikdir.
Yanvar ayının ən məşhur bankları – SİYAHI
17:07
4 Fev 2018