Pakistan Mili Bankının Bakı filialı 2018-ci ilin yanvar-mart aylarını 13,01 min manat xalis mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bank filialının mənfəəti 13 min manat təşkil edib. xatırladaq ki, bank 2017-ci ilin sonunda 105 min manat zərər açıqlamışdı.
Hesabata əsasən, gəlirləri 214,84 min manat, xərcləri isə 206,53 min manat olub və nəticədə bankın 8,3 min manat əməliyyat mənfəəti yaranıb. Müştərilərə verilmiş kreditlər ötən ilin sonundakı 1 milyon 634 min manatdan 1 milyon 703 min manata yüksəlib.
Pakistan Mili Bankının Bakı filialı 31 Mart 2018-ci il tarixinə11 milyon 111 min manat aktivlərə, 888,06 min manat öhdəliklərə və 10 milyon 223 min manat kapitala malik olub.